WORLD WAR

n dünya müharibəsi; World War I birinci dünya müharibəsi; World War II ikinci dünya müharibəsi

WORLD SERIES
WORLD-WEARY
OBASTAN VİKİ
Call of Duty:World at War
Call of Duty: World at War - Treyarch oyun şirkəti tərəfindən 2008-ci ildə yaradılan, macəra-döyüş oyunudur. Oyun ilk dəfə 11 noyabr 2008-ci ildə buraxılmışdır. == Əsas personajlar == Sıravi Miller — ABŞ kampaniyasının protaqonisti. Sıravi Dmitri Petrenko — SSRİ kompaniyasının protaqonisti. Call of Duty: Black Ops oyununun hadsilərində iştirak edir. Serjant Viktor Reznov — Qızıl Ordunun əsgəri. Sovet kampaniyasının oyundakı əsas yönləndiricisi. Sevimli kəlimələri — "Əclaf" (rus. Мразь), "Miskin" (rus. Ничтожество), "Yaramazlar" (rus.
Call of Duty: World at War
Call of Duty: World at War - Treyarch oyun şirkəti tərəfindən 2008-ci ildə yaradılan, macəra-döyüş oyunudur. Oyun ilk dəfə 11 noyabr 2008-ci ildə buraxılmışdır. == Əsas personajlar == Sıravi Miller — ABŞ kampaniyasının protaqonisti. Sıravi Dmitri Petrenko — SSRİ kompaniyasının protaqonisti. Call of Duty: Black Ops oyununun hadsilərində iştirak edir. Serjant Viktor Reznov — Qızıl Ordunun əsgəri. Sovet kampaniyasının oyundakı əsas yönləndiricisi. Sevimli kəlimələri — "Əclaf" (rus. Мразь), "Miskin" (rus. Ничтожество), "Yaramazlar" (rus.
War Thunder
War Thunder — İkinci dünya müharibəsindən ilhamlanaraq istehsal olunmuş onlayn oyun.
God of War
God of War (azərb. "Müharibə Tanrısı"‎) — Sony Computer Entertainment-a aid olan Santa Monica tərəfindən 2005-ci ildə yaradılan videooyunu. Yunan mifologiyasına söykənən və aksiya-macəra növündə olan oyun, God of War oyun seriyasından ilk oyundur. Tənqidçilərdən və oyunçulardan olduqca müsbət rəylər alan oyun, Academy of Interactive Arts & Sciences tərəfindən verilən "İlin Oyunu" daxil bir çox mükafat qazanmışdır. God of War, IGN-nin 2007-ci ildə hazırladığı ən yaxşı 25 PlayStation 2 oyunları siyahısında 7-ci yeri tutmuşdur. God of War III-ün satışa buraxılmasından qısa bir müddət əvvəl God of War, PlayStation 3 üçün 2009-cu ilin noyabr ayının 17-də, Şimali Amerikada, yenilənmiş qrafikaları ilə God of War Collection adı altında satışa çıxarılmışdır. 2010-cu ilin mart ayının 18-də Avropa, Avstraliya və Yaponiyada, God of War III: Ultimate Trilogy Edition adı ilə yenidən nümayiş olunmuşdur. God of War Collection və God of War III: Ultimate Trilogy Edition 2010-cu ilin aprel ayının 29-da Avstraliyada, 2010-cu ilin aprel ayının 30-da isə Böyük Britaniyada satışa çıxarılmışdır. God of War Collection-un Birləşmiş Krallıqdan başqa, digər Avropa ölkələrində satışa çıxarılacağı haqda hər hansı bir məlumat verilməmişdir. == Geympley == Üçüncü-şəxsdə oyun dünyasına sabit kamera perspektivindən baxılır.
This Is War
This Is War — Thirty Seconds to Mars musiqi qrupunun studiya albomu. 4 dekabr 2009-cu ildə yayımlanan albom Virgin Records etiketi ilə satışa buraxılmışdır.
Accel World
Accel World (アクセル・ワールド, Akuseru Wārudo, azərb. Sürətləndirilmiş dünya‎) və ya qısaca AW — HiMA-nın rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılan ranobe seriyası. 2009-cu ilin fevralından ASCII Media Works nəşriyyatının Dengeki Bunko imprinti altında nəşr olunur. Ranobe Yen Press tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır. 2010-cu ilin mayında "Dengeki Bunko Magazine" jurnalında iki manqa adaptasiyası nəşr olunmağa başlamışdır. 2013-cü ilin yanvarında isə "Dengeki Daioh" jurnalında 3-cü manqa adaptasiyası serializasiya olunmağa başlamışdır. Sunrise tərəfindən istehsal olunmuş anime adaptasiyası Yaponiyada 2012-ci ilin aprelindən sentyabrına kimi yayımlanmışdır. İngilisdilli versiyası Viz Media-nın Neon Alley anime xidmət vasitəsilə 2013-cü ilin aprelində yayımlanmağa başlamışdır. PlayStation 3 və PlayStation Portable platformaları üçün iki oyun istehsal olunmuşdur. Birinci oyun 13 sentyabr 2012-ci ildə, ikinci oyun 31 yanvar 2013-cü ildə yayımlanmışdır və hər oyun OVA seriyası ilə buraxılmışdır.
BTS World
BTS World Cənubi Koreyanın Takeone Company Corp studiyası tərəfindən hazırlanmış və Netmarble tərəfindən nəşr olunan mobil videooyunudur. Oyunçular, BTS -in meneceri rolunu oynayaraq, 2012 -ci ildən, debütdən əvvəl 2019 -a qədər yeddi üzvdən hər biri ilə müxtəlif səyahətlər keçirirlər. == Oyun == BTS World, hekayənin çox hissəsinin istifadəçi və oyun personajları arasındakı qarşılıqlı əlaqəni tıklamağa əsaslandığı əyani roman üslublu bir videooyunudur. Oyun, sonrakı fəsillərə təsir edən söhbətlərə və seçimlərə əsaslanır. Oyunçu ayrıca müəyyən bir nəticə əldə etmək üçün simvolları tərtib edə və kart oyunu oynaya bilər. Oyun BTS üzvlərinin əsl şəkillərindən və səs yazılarından istifadə edir. Rəsmi veb saytında oyun personajları olaraq üzvlərin foto və video qalereyaları var. "Another Story" adlanan başqa bir rejimin oxşar oyunu var, lakin fərqli hekayələri var, çünki hər biri oyunçuya və o vaxtlar birlikdə olmamış kimi BTS -in yalnız bir üzvünə diqqət yetirir. == Personajlar == Oyunun rəsmi internet səhifəsindəki şərhlərə əsaslanaraq "Another Story" də yeddi fərqli personaj var. == İnkişaf etdirici == BTS World-in iki ildir inkişaf etdiyi bildirildi.
Discovery World
Discovery World sivilizasiya tarixi, mədəniyyətlər, döyüşlər, tarixin sirləri mövzu edilən, sənədli filmlər yayımlayan kanal. Discovery World kanalında yayımlanan və səs gətirmiş bəzi proqramlar: Amazing Medical Stories Discovery Atlas Dr.
Hello, World!
Salam dünya – proqramı kompüter ekranında "Hello, World!" yazısını çap edən proqramdır. Proqramlaşdırma dilləri öyrədilərkən ilkin nümunə kimi bu proqramdan istifadə olunur. Müxtəlif proqramlaşdırma dillərində Hello World proqramı nümunələri.
KBS World
KBS World, Korean Broadcasting Systemnin beynəlxalq yayım xidmətidir. KBS World Radio, KBS World televiziya kanalı və KBS World 24-dən ibarətdir.
PC World
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır.1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi.2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi. Jurnalın redaktorları fəaliyyətlərini onlayn formatda davam etdirmişdir.
PlayStation World
"PlayStation World" ("PSW") — Birləşmiş Krallıq aylıq videooyun jurnalı. Jurnalda "PlayStation" markası haqqında məlumatlarda verilirdi. Burada xəbərlər, önizləmələr, resenziyalar və məktub səhifələri yer alırdı. 2000-ci ildə "Computec Media" tərəfindən nəşr olunmağa başlamışdır. Jurnal 210 min oxucu auditoriyasına sahib idi, 17,132 tirajla çap olunurdu. "Computec Media"nın Birləşmiş Krallıq filialı jurnalın mülkiyyəti ilə birlikdə 2003-cü ildə "Future Publishing" tərəfindən satın alınmışdır. Bu zaman jurnalın orta aylıq tirajı 53,349 idi. 2007-ci ilin məlumatına görə, jurnalın tirajı 17,132-yə qədər azalmışdır. 13 avqust 2009-cu ildə jurnalın fəaliyyətinin dayandırılacağı açıqlanmışdır. Buna səbəb kimi "təlabat azlığı" göstərilmişdir.
TRT World
TRT World TRT tərəfindən qurulan xəbər kanalıdır. 18 may 2015-ci il tarixində yayıma başlamışdır. Kanal qurulana yaxın TRT int bağlandı. Yayım saatını əsasən xəbər verilişləri təşkil edir. İngilis dilində nəşr etməkdədir.
World End
WORLD END (azərb. Dünya sonu‎) – Flow qrupunun 16-cı sinqlı. "Code Geass: Lelouch of the Rebellion R2" anime serialının 2-ci açılış mahnısıdır. İlk həftəsində Oricon çartlarında 4-cü yerə yüksəlmiş və 10 həftə boyunca çartda qalmışdır.
World Soccer
World Soccer IPC Media tərəfindən ingilis dilində dərc edilən futbol jurnalıdır. Jurnal ilk dəfə 1960-cı ildə çap edilmişdir. O, beynəlxalq futbol sahəsində ixtisaslaşmışdır. Brayan Qlenvil, Sid Lou və Tim Vikerinin daxil olduğu digər yazarların davamlı yazıları ilə ərsəyə gəlməkdədir. World Soccer Avropa İdman Jurnalları birliyinin üzvüdür ki, digər dillərdə də bu mövzuda jurnallar çap edilməkdədir. Digər üzvlərə misal olaraq A Bola, Don Balon, Kicker, La Gazzetta dello Sport və Sport Express nəşrlərini göstərmək olar. Bu qrupun üzvləri avropada hər il "Ayın Komandası" və "İlin Komandası" mükafatlarının qalibini seçir. 1982-ci ildən etibarən World Soccer "İlin oyunçusu", "İlin Məşqçisi" və "İlin Komandası" mükafatlarını təsis etməkdədir. 2005-ci ildə isə siyahıya "İlin Gənc Futbolçusu" və "İlin Baş Hakimi" mükafatlarıda əlavə edilmişdir. 1999-cu ilin dekabr ayında World Soccer oxucular arasında keçirdiyi sorğu ilə 20-ci əsrin 100 ən böyük futbolçusunun adını açıqlamışdır.
Xbox World
"Xbox World" — Birləşmiş Krallıq videooyun jurnalı. "Future plc" tərəfindən nəşr olunan jurnal "Xbox" və "Xbox 360" konsolları haqqında idi. == Tarixi == "Xbox World" adı altında fəaliyyətə başlamış jurnalın birinci nömrəsi 2003-cü ilin əvvəlində, "Xbox" konsolunun satışa çıxarılmasından bir il sonra buraxılmışdır. "Xbox World" jurnalı "PlayStation World" ilə birlikdə 2003-cü ilin sonunda "Future plc" tərəfindən satın alınmışdır. Jurnalın ofisi London şəhərindən Bata köçürülmüş, bu zaman redaksiya heyətinin əksəriyyəti buradan ayrılmışdır. 2005-ci ilin sentyabrında "Xbox World" jurnalının adı "Xbox World 360" olaraq dəyişdirilmişdir. Jurnalın tərkibində nailiyyətlər, məsləhətlər və çit kodlar var idi. 2011-ci ilin noyabr nömrəsində jurnal yenilənmiş və orijinal "Xbox World" adına dönüş edilmişdir. 13 noyabr 2012-ci ildə həm "Xbox World", həm də "PSM3" jurnalının fəaliyyətinin dayandırılacağı elan edilmişdir. Hər iki jurnalın son nömrəsi 12 dekabr 2012-ci ildə satışa çıxarılmışdır.
It's My War
It's My War – Səfurə Əlizadənın debut albomudur.
Kratos (God of War)
Kratos (yun. Κράτος — "güc, hakimiyyət") və ya Spartanın Ruhu (ing. Ghost of Sparta) — Sony Computer Entertainment-a aid olan Santa Monica tərəfindən yaradılan God of War videooyunu seriyasının baş qəhrəmanı. Kratos yunan mifologiyasına əsaslanır. Kratos ilk dəfə 2005-ci ildə satışa buraxılan God of War videooyununda görünmüşdür. Videooyununun müvəffəqiyyəti, baş qəhrəmanı ehtiva edən altı yeni oyunun inkişafına gətirib çıxardı. Personaj ilk olaraq Terrens Konnor Karson tərəfindən səsləndirildi, personajın son təsviri God of War Ascension-da (2013) olmuşdur. Xristofer Cuc Terrens Konnor Karsonun yerini gələcəkdə satışa buraxılacaq olan yeni God of War oyununda dəyişdirdi. Antoni Del Riyo, personajı Ghost of Sparta (2010) oyunuda səsləndirdi.God of War oyun seriyası, PlayStation brendi üçün flaqman tituldur. Kratos oyunun ən populyar personajıdır.
Stop the War Coalition
Stop the War Coalition (azərb. Müharibəni Dayandırın İttifaqı‎) — Britaniyada yaranmış anti-müharibə hərəkatı.
This War of Mine
This War of Mine (azərb. Bu, mənim muharibəmdir‎) — 11 bits studios tərəfindən hazırlanan və nəşr olunan müharibədən sonra həyatda qalma videooyunudur. Oyun Bosniya müharibəsi əsnasında 1992-1996-cı illər arasında baş verən Sarayevo müharisəsindən ilham alıb. Oyun cəbhədə döyüşən əsgərlərdən yox, müharibədən zərər çəkən xalq haqqındadır. Xarakterlər, gündəlik təhlükələrdən xilas olmaq üçün bir çox çətin qərarlar vermək məcburiyyətindədirlər. Oyunda verilən qərarlara bağlı olaraq, hər bir xarakter üçün müxtəlif sonluqlar var. "This War of Mine" 2014-cü ilin noyabr ayında Microsoft Windows, OS X və Linux üçün satışa çıxarıldı. Android və IOS versiyaları 2015-ci il iyul ayının 14-də satışa çıxarıldı. PlayStation 4 və Xbox One versiyaları isə 2016-cı il yanvar ayının 29-da This War Of Mine: The Little Ones (azərb. Bu, mənim muharibəmdir: Balaca Olanlar‎) başlığı altında satışa çıxarıldı.
BBC World Service
BBC World Service ən iri beynəlxalq radiostansiyası olub, podkast, radio və televiziya xəbərləri, diskusiyaları 40-dan çox dildə analoq və rəqəmsal qısa dalğa platformalarında dünyanın bir çox istiqamətlərinə yayımlayır. İngilis dilində yayım 24 saatdır. 2015 –ci ildə şirkət həftəlik 210 milyon izləyici qazanmışdır. United Kingdom's television licence fee tərəfindən maliyyələşdirilmişdir. Xidmətə həmçinin Böyük Britaniya hökumətindən 289 milyon avro ayrılmışdır (2020-ci ildə bitən beş illik dövr ərzində). BBC World Service İngilis dili nəzarətçisi Meri Hockadaydır. == Tarixi == 1932-ci ildə BBC Empire Service adı altında fəaliyyətə başlamış və əsas məqsəd Britaniya imperiyası daxilində ingilis dilli vətəndaşlara xidmət göstərmək idi. 3 yanvar 1938-ci ildə ilk xarici dil xidməti - Ərəb dilində açılıb. Alman dilində proqramlar 29 Mart 1938-ci ildə başladı və 1942-ci ilin sonunda BBC, bütün böyük Avropa dillərində yayımlara başladı. Nəticədə Empire Service 1939-cu ilin noyabrında "BBC Overseas Service" adına dəyişilmiş və 1941-ci ildən bəri xüsusi bir BBC European Service əlavə olunması ilə tamamlanıb.1999-cu ildə alman dilində yayım dayandırıldı.
Computer Gaming World
"Computer Gaming World" — ABŞ videooyun jurnalı. 1981–2006-cı illərdə nəşr olunmuş jurnal sadəcə videooyunlar və geyminq sənayesinə həsr olunmuş ilk jurnallardan biridir. == Tarixi == "Computer Gaming World" 1981-ci ildə cənubi baptistlərin keçmiş keşiş Rassell Sayp tərəfindən təsis edilmişdir. O, "Strategic Simulations" tərəfindən istehsal olunmuş "Computer Air Combat" videooyununu oynayarkən qarşılaşdığı çətinlikləri düşünərək videooyunlar haqqında jurnal ideyasını əldə etmişdir. Sayp həmin ilin iyununda "Golden Empire Publications Inc." şirkətini təsis etmiş və noyabrda "Computer Gaming World" jurnalının ilk nömrəsi buraxılmışdır.1991-ci ildən jurnalın həcmi xeyli artmış, 1992-ci ilin noyabrında nəşr olunan 100 illik yubiley nömrəsində 196 səhifəyə çatmışdır. Elə həmin il Conni Vilson yeni baş redaktor olmuşdur. Sayp 1993-cü ildə jurnalı "Ziff Davis" şirkətinə satmışdır.1997-ci ilin dekabrında jurnalın həcmi 500 səhifəyə çatmışdır. 1999-cu ildə Vilson baş redaktor vəzifəsini tərk etmiş və onun yerinə Corc Cons gəlmişdir. 2002-ci ildə Ceff Green yeni baş redaktor olmuşdur.2 avqust 2006-cı ildə "Ziff Davis" şirkəti "Microsoft" ilə birlikdə verdiyi açıqlamada jurnalın bağlanacağını və onun əvəzinə "Games for Windows: The Official Magazine" jurnalının fəaliyyət göstərəcəyini elan etmişdir. Jurnalın sonuncu, 268-ci nömrəsi 2006-cı ilin noyabrında buraxılmışdır.
Dangerous World Tour
Dangerous — Maykl Ceksonun albomu.
Heal the World
Heal the World — Maykl Ceksonun 1991-ci ildə çıxan Dangerous albomunda olan mahnılarindan biri.Mahnı Epic Records şirkəti tərəfindən yayımlanmışdır.Mahnının həm sözlərinin həm də musiqisinin müəllifi Maykl Cekson özüdür. Mahnının klipində Maykl Cekson özü çəkilməmişdir.Klipdə müxtəlif millətlərdən və irqlərdən olan uşaqlar əllərində güllə əli silahlı əsgərlərin üstünə gedir və onları silahı tərk etməyə məcbur edirlər. Klipin çəkilməsindən sonra Maykl Cekson Heal the World Foundation xeyriyyə təşkilatını yaratmış və mahnıdan gələn gəliri həmin təşkilata bağışlamışdır.Təşkilat uşaqlara gözəl həyat qurmağa kömək edir və onlara bir-birinə kömək etməyi öyrədir. Mahnı Maykl Ceksonun uğurlu mahnılarından biridir.Heal The World Spanish Singles Chartda birinci,UK Singles Chartda ikinci,Billboard Hot 100 -də isə iyirmi yeddinci yerə qədər yüksəlmişdir.
KBS World Radio
KBS World Radio ("KBS ümumdünya radiosu", kor. KBS 월드라디오; əvvəlki adıRadio Korea və Radio Korea International)- Cənubi Koreyada yeganə rəsmi və beynəlxalq radiostansiya. Dövlət teleradio kompaniyasına məxsusdur. 11 dildə yayımlanır, həmçinin rus dilində. == Tarixi == Radiostansiya ilk dəfə yayıma ingilis dilində 15 avqust 1953-cü ildə "Azad Koreya səsi" (ing. The Voice of Free Korea) adı ilə başlamışdır . Radiostansiya orta dalğalarda yayımlanmaqla, Koreyada olan amerikalı əsgərlər üçün nəzərdə tutulmuşdur. Verilişlər gün ərzində yalnız 15 dəqiqə yayımlanırdı. Sonrakı illərdə siqnalı Havay adalarına və Şimali Amerikaya ötürmək üçün 2 ədəd 100kVt-lıq ötürücü quraşdırıldı. Yayıma 13 fevral 1961-ci ildə rus dilində başlamışdı.